Layihəmiz Haqqında
Sabirabad şəhər Beynəlmiləl Təbiət və Texniki fənlər təmayüllü məktəb-liseyin 8ç sinif şagirdləri olaraq təqdim etdiyimiz layihəmizdə məqsəd;
Məktəbimizin nailiyyətlərini, şagirdlərin uğurlarını paylaşmaq
İnsanları təhsillə bağlı son məlumatlar haqqında maarifləndirmək
Məntiqi təfəkkürün inkişafı və əyləncə məqsədilə müxtəlif mövzularda krossvord və rebuslar paylaşmaq
Dilimizi qoruyaq rubrikasında sözlərin düzgün yazılış və tələffüzü haqqında insanları maarifləndirmək
Bizə dəstək olmaq üçün hər ay dərc olunan yeni nəşrimizi sevdiklərinizlə paylaşmağı unutmayın!
8ç sinfi olaraq Qurban Səidin “Əli və Nino” əsəri haqqında apardığımız sorğunun nəticələrini təqdim edirik.
M
əlum olduğu kimi, prezident İlham Əliyev yanvar ayının 25-də
dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə göstərilir ki, Füzuli Azərbaycan bədii fikrinin inkişafında müstəsna yer tutan, Şərq ölkələri ədəbiyyatına güclü təsir göstərən qüdrətli sənətkardır və onun yubileyinin keçirilməsi şairin bədii-fəlsəfi irsini layiqincə dəyərləndirmək amalına xidmət edəcək.
Məktəbimizin ədəbiyyat müəllimlərinin təşkil etdiyi "Füzuli sözünün sehri" adlı tədbirdə istedadlı şagirdlərimiz M.Füzulinin qəzəllərini və poemalarını nümayiş etdirmişlər.
İdman Xəbərləri
Dilimizi qoruyaq rubrikasında sözlərin düzgün yazılış qaydasını təqdim edirik.
Maraqlı Məlumatlar
Artıq bir neçə gündür ki, may ayını yaşayırıq. Havaların xoş, günəşli keçməsinə baxmayaraq, toyların, el şənliklərinin xeyli azaldığını müşahidə edirik. Bu da səbəbsiz deyil, çünki uzun illərdir ki, insanlar mayı “vay ayı” kimi qəbul edir və bu aya xeyir işlərini salmamağa çalışırlar.
Bəziləri bu düşüncənin Roma imperiyası dövründə yarandığını iddia edir. Belə ki, may sözü latın dilində “maius” sözündən götürülüb, hansı ki, “May ilahəsi” belə adlandırılıb.
Digər iddialarda isə qeyd olunur ki, Romada may ayında “Lemuriya” adlı tədbir keçirilirmiş. Bu ayda bütün məbədlər bağlanar, dünyasını dəyişənlər yad edilər, dualar oxunarmış. Beləliklə, bu ayda toy, şənlik məclisləri keçirilməyib.
Digər iddialara görə, mayda toy keçirilməməsi bu ayda yasəmən çiçəyinin açması ilə bağlıdır. Belə ki, çiçəyin mənası “ya sən, ya da mən” olduğu üçün mayda əylənməyin, toy keçirməyin düşər-düşməz olduğuna inananlar var. Və yaxud bildirilir ki, may ayında yağışlar çox yağdığından bu ay “ağlayan dövr” kimi xarakterizə olunur. Beləliklə, təbiət ağladığı zaman insanlar da şadlıq etmək, əylənmək istəmir.
İstedadlar Qəzeti’nin 18.05.2024-cü il tarixli 5-ci sayı
Redaktor, dizayner - Tamara Zeynalova
Bölmələrimiz
•Elm və Təhsil
•Bədii
•Maraqlı məlumatlar
•İdman